Bina tikən sahibkarların diqqətinə - Bundan sonra mənfəət vergisi ödəyəcəksiniz

17:26 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. 2020-ci ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edilib və onlar vergi öhdəliklərini ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirəcəklər.

ABC.AZ xəbər verir ki, məlumatı Vergilər Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, buna qədər tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyəcək. “Lakin qanunda belə bir müddəa nəzərdə tutulur ki, tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyiciləri isə həmin tikinti-quraşdırma işləri üzrə vergitutma metodunu 2020-ci il 1 yanvar tarixinədək seçmək imkanına malikdir. Yəni ilin son ayında tikintiyə başlamış ödəyicilər sadələşmiş vergi metodunu tətbiq edə bilərlə, lakin bir şərtlə ki, həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə yanvarın 1-nə qədər vergi orqanına xüsusi məlumat formasını təqdim etsinlər” deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər