Bakıda istehsalın və xidmətlərin həcmi açıqlanıb - 36 milyard manat

11:06 - 20.12.2019


20 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Bakı üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 36 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz azdır.

Bakı Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, sənaye məhsulunun 80,5 faizi mədənçıxarma, 17,5 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, ötən dövr sənayedə özəl sektorun payı 83,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil edib: "İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2019-cu il vəziyyətinə 212,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,6 mln. manat məbləğində digər məhsullar da mövcud olub".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər