İşsizlikdən sığorta ödənişinin orta məbləği artıb – 30 faizdən çox

15:07 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. Bu il dekabrn 1-nə olan məlumata görə, Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı 575 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ötən il bu göstərici 1 131 nəfər idi. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilki rəqəm 1,96 dəfə azdır. İşsizlikdən sığorta ödənişi alanların 352 nəfəri Bakının payına düşüb.

Qeyd edək ki, ötən il işsizlikdən sığorta ödənişinin orta məbləği 212,9 manat, bu il isə 278,6 manat olub ki, bu da əvvəlki göstəricidən 65,70 manat və ya 30,85% çoxdur.

Onu da qeyd edək ki, bu il dekabrn 1-nə olan məluamta görə, Azərbaycanda olan işsizlərin sayı  79 736 nəfərdir ki, bu da ötən illə müqayisədə 49 310 nəfər və ya 2,62 dəfə çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər