İcbari tibbi sığorta bölgələrdə necə təbliğ olunur? – Rayonlarda iclaslar keçirilib

15:47 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. 2020-ci ildən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq olunacağı 20 regionda, habelə hazırda pilot layihənin icra olunduğu 3 inzibati ərazidə cari ilin noyabr və dekabr ayları ərzində keçirilmiş maarifləndirilmə tədbirləri başa çatıb.

İcbari Tibbi Sığorta Agentliyindən ABC.AZ-a bildirilib ki, tədbirlər Mingəçevir və Şəki şəhərləri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında təşkil olunub. 

Sözügedən regionların icra hakimiyyətlərinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərin məqsədi icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi və sistemin üstünlükləri barədə əhalini məlumatlandırmaq olub. Mərasimdə Mərkəzi rayon xəstəxanalarının nümayəndələri bildiriblər ki, rəhbərlik etdikləri tibb müəssisələrində icbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri aparılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər