“Azəriqaz” Smart Karta yeni ödəniş üsulu!

15:21 - 27.12.2019


27 Dekabr, Fineko/abc.az. Müştərilərinin rahatlığını düşünən və müştəri məmnuniyyətinin artırılması istiqamətində çalışan Expressbank sürətli və rahat ödəmə terminalları – Expresspay terminallarının ödəniş imkanlarını və xidmət şəbəkəsini daim genişləndirir.

Hökümət Ödəniş Portalı ilə əməkdaşlıq çərçivəsində artıq “Azəriqaz” Smart kart ödənişlərini Expresspay ödəniş terminalları vasitəsilə rahatlıqla həyata keçirmək mümkündür. Smart Kart-ı və yükləmək istədiyiniz məbləği sadəcə terminala daxil edərək balansı artıra bilərsiniz.

Expresspay hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, yol polisi cərimələrini, vergi, gömrük və s. kimi dövlət rüsumlarını Expresspay terminalları vasitəsilə həyata keçirə bilərlər. Ümumilikdə Expresspay terminalları ilə 300-dən artıq müxtəlif növ servis ödənişi etmək mümkündür.

Xatırladaq ki, Expresspay unikal xidmətdir ki, rahat və çevik ödənişlər üçün həm ödəniş terminalını, həm web saytı, həm mobil əlavəni özündə cəmləşdirir.

Expresspay ödəniş sistemi müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün ödəniş terminallarının xidmətlərinin inkişafı  və artımı istiqamətində addımlar atmaqda davam edir.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş çeşiddə bank məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 

Bütün xəbərlər