“AzRe Təkrarsığorta” ASC səhmdarları toplanacaq - Növbədənkənar ümumi yığıncaq

14:18 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. Təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, iclas 2020-ci il yanvarın 28-də olacaq.  Yığıncağın gündəliyinə “2019-cu ilin ilkin maliyyə hesabatlarının müzakirəsi”, “Cəmiyyətin keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti barədə müzakirə” və “digər məsələlər” daxildir. Yığıncaq “AzRe Təkrarsığorta”nın Bakı, şəhəri, A.Bakıxanov küç, 6 ünvanında yerləşən “Bridge Plaza”da yerləşən baş ofisində keçiriləcək.

Qeyd edək ki, “AzRe Təkrarsığorta” ASC 6 fiziki şəxsə məxsusdur. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər