Azərbaycan gömrükçüləri yuyucu vasitənin içində ölkəyə “Tramadol” preparatının gətirilməsi cəhdinin qarşısını aldılar

12:38 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Astara Gömrük İdarəsinin əməkdaşları İrandan ölkəyə narkotik maddənin gətirilməsi cəhdinin qarşısını aldılar.

Dövlət Gömrük Komitəsindən (DGK) xəbər verildiyi kimi, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının əl yükündə yuyucu vasitənin içində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Məlumatda deyilir: “Aşkar olunmuş maddənin ümumi miqdarı 298,2 qram təşkil edir”.

Faktla bağlı araşdırma aparılır.

 

 

Bütün xəbərlər