Yeni yaradılan qurumda təyinat - Valeh Hüseynov direktor oldu

10:30 - 29.12.2019


29 dekabr, Fineko/abc.az. Milli Hematologiya və Transfuziologiya Mərkəzinə İcraçı direktor təyin edilib.  Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Əmrə əsasən Valeh Hüseynov mərkəzə icraçı direktor təyin edilib.

ABC.AZ xəbər verir ki, o, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. V.Hüseynov çoxsaylı elmi məqalələrin müəllifidir. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər