Fövqəladə Hallar Nazirliyi tender elan edir

11:38 - 29.12.2019


29 dekabr, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tender elan edir.

Tender 2 Lot üzrə keçirilir:

Lot 1: Zabit heyəti (kiçik və yuxarı heyət) üçün gündəlik geyim dəstləri və şəxsi heyət üçün müxtəlif növ əşya-geyimlərin satın alınması. Tenderdə iştirak haqqı 1000 manatdır.

Lot 2: Şəxsi heyət üçün səhra geyim dəstləri və digər müxtəlif növ yumşaq inventarların satın alınması. Tenderdə iştirak haqqı 750 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 12.02.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20.02.2020 17:00 qədər təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. İddiaçıların təkliflərinin açılışı 21.02.2020 11:00 tarixində aparılacaq.

Ünvan, Bakı , Xocahəsən-Lökbatan yolu, 7-ci km qərbi

Əlaqələndirici şəxs : Tural  Əliyev,  telefon : (012) 512 47 34

 

Bütün xəbərlər