Bu qədər mənzilin çıxarışı hazırlanıb - Proses davam edir

12:41 - 7.01.2020


7 yanvar, Fineko/abc.az. Prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanı ilə istismarına icazə verilən binalarda yerləşən mənzillərin qeydiyyatı davam edir.

ABC.AZ Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, cari il ərzində Fərmanın icrası ilə bağlı görülən işlərin nəticələri müsbətdir.

Belə ki, 2019-cu il ərzində ölkə üzrə istismarına icazə verilən 277 MTK, MMC, fiziki şəxslərə aid binanın istismarına icazə aktları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Bunlardan 262 MTK, MMC, fiziki şəxslərə aid binalar Bakıda, qalan 15 MTK, MMC, fiziki şəxslərə aid binalar rayonlarda yerləşir. Paytaxt üzrə isə ən çox istismarına icazə verilən bina Yasamal rayonundadır. Həmin binalarda yerləşən 11 mindən artıq mənzilin çıxarışı hazırlanıb. Həmçinin 1000-dən çox sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər