Azəralüminium tender elan edir

16:16 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. "AZƏRALÜMİNİUM"  MMC  müxtəlif növ nəqliyyat vasitələri və xüsusi texnikalar üçün şinlərin, kamerlərin və disklərin satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 30 yanvar 2020-ci il saat 11.00-a , tender təklifini isə 07 fevral  2020-ci il saat 17.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 10 fevral  2020-ci il saat 11.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 08.01.2020 12:40 tarixindən sonra əldə etmək olar.

Əlaqələndirici şəxs : Elmir Vəliyev

Telefon: (994 50) 289-74-33

 

Bütün xəbərlər