İcbari Sığorta Bürosu cərimələnib – Vergiyə görə

10:10 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. İcbari Sığorta Bürosu cərimələnib.

ABC.AZ xəbər verir ki, Büronun cərimələnməsinə səbəb 3 il vergi ödəməməsi olub. Bu barədə büronun açıqladığı hesabatda qeyd olunur.

Belə ki, 2018-ci il ərzində İcbari Sığorta Bürosu vergi orqanları tərəfindən əlavə sanksiyalar və bank hesablarından əlavə tutulmaların qarşısını almaq məqsədilə 2017-ci və 2018-ci illər üçün vergi orqanlarına “mənfəət vergisi” qismində cəmi 1 502 450 manat ödəyib.

Hesabatda vurğulanır ki, 2017-ci il ərzində vergi orqanları məfnəət vergisi və əvvəlki 3 il ərzində mənfəət vergisinin ödənilmədiyinə görə cərimə olaraq Büronun bank hesablarından cəmi 5,485,284 AZN tutub. Vergi qanunvericiliyinə əsasən Büro özünü mənfəət vergisi ödəyicisi saymırdı və bu səbəbdən məsələ vergi appelyasiyası səviyyəsində həll edilmədiyi təqdirdə tutulmuş məbləği geri qaytarmaq iddiası ilə məhkəməyə müraciət etmək qərarı vermişdi. 31 dekabr 2017-ci il tarixinə olan fakt və vəziyyətə əsaslanaraq Büro rəhbərliyi vergi və ya məhkəmə orqanının Büronun vergidən azad olması haqqında qərar çıxaracağı ehtimalının olduğu qənaətinə gəlmişdi.

Qeyd edək ki, 2018-ci il ərzində Büro vergi orqanları tərəfindən əlavə sanksiyalar və bank hesablarından əlavə tutulmaların qarşısını almaq məqsədilə 2017 və 2018-ci illər üçün vergi orqanlarına “mənfəət vergisi” qismində cəmi 1,502,450 AZN ödəyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər