MİDA tender elan edir

15:02 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. “MİDA” MMC “Güzəştli mənzil” Sisteminin funksionallığının artırılması ilə əlaqədar təkmilləşdirilməsi üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 800 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 16 yanvar 2020-ci il saat 15.00-a , tender təklifini isə 27 yanvar  2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 28 yanvar  2020-ci il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs : Fariz Abdullayev

Telefon: (+99412) 594-54-01

 

Bütün xəbərlər