İcbari tibbi sığorta haqlarını hesabalamaq üçün yeni qayda- Kalkulyator hazırlanıb

10:53 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Vətəndaşların icbari tibbi sığorta haqqlarını hesablaması üçün kalkulyator sistemi hazırlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən kalkulyator İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumatında yer alıb.

Artıq bəhs olunan kalkulyator qurumun rəsmi saytında yerləşdirilib. Həmin kalkulyatordan istifadə etməklə vətəndaşlar əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya biləcəklər.

https://its.gov.az/page/kalkulyator

Qeyd edək ki, kalkulyator vasitəsilə icbari tibbi sığorta fonduna ediləcək aylıq ödənişin məbləğini müəyyən etmək olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər