Nazirlikdən iş elanı - 4 yeni vakansiya

17:01 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Energetika Nazirliyi 4 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə və 3 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün ümumi müsahibə elan edib.

Nazirlikdən ABC.AZ-a bildirilib ki, vakant vəzifələr üzrə sənəd qəbulu yanvarın 13-dən başlayıb. Müsabiqə üzrə müsahibəyə çıxarılan vəzifələrə sənəd qəbulu fevralın 11-dək, ümumi müsahibəyə çıxarılan vəzifələrə sənəd qəbulu isə fevralın 3-dək davam edəcək.

Təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. Vakant vəzifələrlə daha ətraflı aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz:

http://eservices.dim.gov.az/dqq/Elan/MsbElanlar 

http://eservices.dim.gov.az/dqq/Elan/UmMshMshElanlar

 

Bütün xəbərlər