Kərə yağı idxalında inhisarçılıq var? – Ekspertdən cavab

15:17 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iqtisadçı ekspert Rövşən Ağayev açıqlanan 2019-cu il üzrə xarici ticarət statistikası ilə bağlı faydalı ola biləcək şərh verib.

ABC.AZ xəbər verir ki, o qeyd edib ki, qeyri-neft ixracında 260 mln. dollardan bir qədər çox artım var və bu artıma əsasən meyvə-tərəvəz və pambıq ixracında böyümə təsir edib.

İdxalımızın 80%-i 15 ölkənin payına düşüb deyən R. Ağayev qeyd edib ki, bununla yanaşı onların tərkibində də dəyişiklik baş verib: “C. Koreya və Qazaxıstan 15-liyi tərk edib, onları Kanada və Avstraliya əvəzləyib. İdxalımızın əsasən 15 ölkə hesabına formalaşması onu göstərir ki, manatın real effektiv məzənnəsi yalnız bu ölkələrin real məzənnəsinin (valyutasının nominal məzənnəsi+inflyasiya tempi) təsiri altındadır. Qida məhsullarının idxalı kəskin artıb - 20%. Bu məhsulların idaxlda payı 12%-ə çatıb. Buğda idxalımızda natural ölçüdə 50%-ə yaxın artım var - 1.1 mln. tondan 1.6 mln. tona çatıb. Üstəlik, 2018-də buğdanın hər tonu 190 dollara idxal edilmişdisə 2019-da bahalanaraq 214 dollara çatıb - 13%-lik bahalanma.

Kərə yağının 2019-da orta idxal qiyməti 5.1 dollar olub, amma 2018-də 5.8 dollar olmuşdu. Az qala 12%-lik bir ucuzlaşma var. Amma Statistika Komitəsinin pərakəndə qiymətlərlə bağlı məlumatlarında market və bazarlarda 2019-cu il ərzində idxal olunan kərə yağının pərakəndə satış qiymətində demək olar ucuzlaşma baş verməyib - cəmi 1%-ə yaxın enmə görsənir.

Burdan hansı nəticəni çıxarmaq olar? Mənə görə, kərə yağı idxalının topdansatış və idxalında inhisar təsiri güclü olduğuna görə idxalın 12%-lik ucuzlaşması pərakəndə qiymətlərə hətta 1% belə təsir eləmir”

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər