14:37 - 17.01.2020
17 Yanvar, Fineko/abc.az. "Bizim Market" marketlər şəbəkəsində 12 ton saxta kərə yağının aşkarlanması ilə bağlı hazırda hüquq-mühafizə orqanları məşğul olur.
ABC.AZ xəbər verir ki, bunu yanvarın 17-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
Sədr bildirib ki, yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb.
“Həmin əmtəə nişanı altında ümumiyyətlə kərə yağı yoxdur. Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar" deyə Q.Təhməzli qeyd edib.
Qurum rəhbəri "Bizim Market"in Qida Təhlüksəzilik Agentliyini ittiham edərək verilən sertifikatın doğru olmaması iddiasına da münasibət bildirib: “Market bu məsələdə AQTA-nı günahlandıra bilməz. Hər hansı bir cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var? Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsullar barədə məlumat veririk. Hər hansı bir ticarət şəbəkəsi bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı "Bizim Market"i günahlandırmamışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayət qrupa iştirak edib və SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan Qida Təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb".
Müəllif: Elmir Murad
2023-cü ilin I rübündə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 130 milyon 616,3 min manat investisiya yatırılıb ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 3,1 dəfə çoxdur.
26 May 2023
“Avromed Company” QSC barəsində gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
26 May 2023
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk.
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023