Azərbaycan Türkiyəyə ixracı artırıb - 1 milyard dollardan çox

14:45 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. 2019-cu il ərzində Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 4 milyard 509 milyon 496 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 1 milyard 106 milyon 649 min dollar və ya 32,52 faiz çoxdur.

2019-cu ildə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 13,54 faizinə bərabər olub. 2019-cu il ərzində Azərbaycanın Türkiyəyə icracının həcmi 2 milyard 862 milyon 694 min dollar təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1.036.713,1 min dollar və ya 56,78 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyədən idxalı isə 1 milyard 646 milyon 801 min dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 69 milyon 936 min dollar və ya 4,43 faiz çoxdur.

2019-cu ildə Azərbaycanın qardaş ölkənin ixracdakı payı ümumi ixracın 12,58 faizinə, idxaldakı payı isə ümumi idxalın 12,05 faizinə bərabərdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər