Azərbaycan keramika istehsalına başlayacaq? – Çinlə müzakirələr aparılıb

11:11 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Çinin “WENZHOU NIXIN TRADING CO.,LTD.” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə məlumat ABC.AZ-a AZPROMO-dan verilib.

Məlumata görə, Çin Azərbaycanda keramika istehsalı layihəsinin həyata keçirilməsində maraqlıdır. Layihə üçün investisiyanın məbləği açıqlanmasa da sözügedən məsələ barədə geniş müzakirələr aparılıb. Görüş zamanı qarşılıqlı investisiya imkanlarına dair fikir mübadiləsi də olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər