“Asan İmza” Dünya İqtisadi Forumunun analitik hesabatında qeyd edildi

13:44 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. Dünya İqtisadi Forumu (DİF) - DİF-in bir hissəsi sayılan layihə çərçivəsində "Mobil gələcəyin formalaşması və gələcək texnologiyaların idarə edilməsinin formalaşdırılması: blokçeyn və paylanmış reyestrlərin texnologiyaları" adlı analitik hesabatı yayımladı. Azərbaycan mobil identitetinin nümunəsi sayılan “Asan İmza”  - "Təchizat kanalları üçün blokçeynin inklyuziv genişləndirilməsi: 2-ci hissə - Rəqəmsal identitetlərin etibarlı yoxlanılması" adlı hesabatda qeyd edilmişdi.

Bu, uyğunluq, tamlıq və inklüzivliyin təmin edilməsi məqsədilə təchizat zəncirində paylanmış reyestrlər texnologiyasının formalaşdırılması üçün yeni alət və strukturların birgə yaradılmasına yönəlmiş böyük  layihənin bir hissəsi olan nəşrlər seriyasında ikinci nəşr hesab edilir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin “Təchizat kanalları üçün blokçeyn” layihəsi birgə layihə və əməkdaşlığa yönəlmiş qlobal, çoxsahəli, hərtərəfli bir fəaliyyətdir. Bu layihədə dünyanın müxtəlif sahələrindən və hökumətlərindən olan tərəflər iştirak edir. Məruzə çoxsaylı müzakirələrə, seminarlara, tədqiqatlara, eləcə də bütün maraqlı tərəflərin birgə işinə əsaslanır. Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri, “Asan İmza” xidmətinin texniki operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin təsisçisi və direktoru, həmçinin Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının (RTQ) tərəfdaşı sayılan xanım Jana Krimpe analitik nəşrin yaradılmasında iştirak edərək, “Asan İmza” mobil identitetinin təqdim edilməsi və istifadəsi sahəsində Azərbaycanın ən yaxşı praktikalarını və öz təcrübəsini bölüşmüşdü.   Bu işdə dünyanın 15 ölkəsindən olan aparıcı mütəxəssis və peşəkarlar iştirak etmişdi. Bu ölkələr: Azərbaycan, ABŞ, Estoniya, Almaniya, Danimarka, İsveçrə, İsrail, İspaniya, Cənubi Koreya, Avstriya, Böyük Britaniya, İsveç, Angola, Hindistan və Yaponiyadır.

Azərbaycandan olan nümayəndə xanım Dünya İqtisadi Forumunun 16 yanvar 2020-ci ildə çap edilmiş "Rəqəmsal identitetə yenidən baxış: strateji imperativ" adlı nəşrində də əhəmiyyətli töhfəsini vermişdi. Nəşrə əsasən identitetin yoxlanılması və insanların fərdi məlumatlarının biznes tərəfdən idarə olunması metodlarına yenidən baxılması zərurəti aydın şəkildə müəyyən edilmişdir. Aparılan tədqiqat müəssisələr və istehlakçılar üçün fərdi məlumatların rəqəmsal idarə edilməsi sahəsindəki riskləri aşkar edir. DİF-in press-relizində qeyd edilir: “Boston Konsaltinq Qrupunun qiymətləndirmələrinə əsasən identitetin autentifikasiyası və saxtakarlıqdan müdafiənin dəyəri 2023-cü il üçün 28 milyard dollar təşkil edəcək. Fəaliyyətini davam etdirə bilməyən müəssisələr üçün yüksək xərclər gözlənilə bilər. Məsələn, etimadın olmaması müəssisələrə ildə 2,5 trilyon dollara başa gəlir. Hesablamalar göstərir ki, hər bir müəssisənin özünəməxsus yanaşması olması səbəbindən şirkətlər potensial gəlirlərinin 30% -ni itirirlər”.

“İnnovasiyaların sürətli tətbiqi və Azərbaycanın rəqəmsal iqtisadiyyatının çox sürətli inkişafı, ölkədə istənilən rəqəmsal xidmətə etimadın vacib komponenti olan gücləndirilmiş təkmil rəqəmsal identitetə inam tələb edir. Azərbaycanda ən uğurlu ekosistemlərdən biri sayılan təkmil mobil identitet – “Asan İmza” mobil elektron imza hazırlanmışdır. Belə təşəbbüslərdə iştirak əvəzsiz təcrübə və bilik, eləcə də ən yaxşı təcrübələrimizi dünya birliyi ilə bölüşmək üçün imkan yaradır. Yalnız biznes, hökumətlər və istehlakçılarla sıx əməkdaşlıq şəraitində biz, etimadı təmin etməklə biznesin böyüməsi, eləcə də  fərdi məlumatların qorunması və konfidensiallığı üçün imkanlar təmin edə biləcəyik "- deyə, xanım Jana Krimpe qeyd etmişdir.

Hüquqi şəxslərin etibarlı rəqəmsal identifikasiyası Azərbaycan Respublikası üçün gündəmin əsas mövzusudur. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Rəqəmsal Ticarət Qovşağı Azərbaycan və dünyanın tərəfdaş ölkələri arasında transsərhəd elektron xidmətlər və elektron imzaların inkişaf etdirilməsini hədəfləyir.

Analitik hesabat haqqında ətraflı məlumatı aşağıda qeyd olunan linklər vasitəsilə əldə edə bilərsiniz:

 

Bütün xəbərlər