Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bir neçə tender keçirir

14:18 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir.

Tender 1. Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisi, tenderdə iştirak haqqı 500 manatdır.

Tender 2. Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində klub-icma mərkəzinin tikintisi, tenderdə iştirak haqqı 250 manatdır.

Tender 3. Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi, tenderdə iştirak haqqı 500 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri  12.02.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20.02.2020 18:00 qədər təqdim etməlidirlər.

Tenderin başlama tarixi 23.01.2020 14:00, təkliflərin açılışı isə 21.02.2020 16:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs : Aygun Hüseynova

Telefon: (994 12) 431 87 03

Ünvan: Bakı, Tbilisi prospekti, 57D

 

Bütün xəbərlər