Sığorta sahəsinin nəhəngi Azərbaycan bazarına gələ bilər - Artıq görüş də keçirilib

15:12 - 23.01.2020


23 yanvar, Fineko/abc.az.  Prezident İlham Əliyev Davosda “Swiss Re” şirkətinin nümayəndəsi ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə şirkət rəsmisi Veronika Skotti prezident İlham Əliyevə dövlətimizin başçısı tərəfindən son illərdə aparılan islahatlar nəticəsində Azərbaycanda sığorta sahəsinin inkişafı və təkmilləşməsi üçün yaxşı imkanların yarandığını bildirib. Şirkət rəmisi Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazır olduqlarını vurğulayıb.

 Görüşdə bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini sürətləndirəcək xarici investorlarla, o cümlədən “Swiss Re” şirkəti ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Swiss Re” əsasən fövqəladə hallarda yaranan sığorta hadisələri və onların təkrar sığortası üzrə dünyanın ixtisaslaşmış lider şirkətlərindən biridir.

 

Bütün xəbərlər