Əli Əsədov hesabat verdi - 100 gündə görülən işlər

15:13 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Nazirlər Kabineti Əli Əsədovun Baş Nazir təyin olunmasının 100 günlüyü münasibəti ilə "Nazirlər Kabinetinin funksiyası və 100 günü" adlı məqalə hazırlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə Nazirlər Kabinetində 107 qərar, 243 Sərəncam işlənib, hazırlanıb və imzlanıb.

Qərar və Sərəncamların əhatə etdiyi əsas istiqamətlərə gəldikdə isə 64 sərəncam Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının icrası, 22-si Azərbaycan Respublikasının qanunlarının icrası, 27-si iqtisadi məsələlər, 31-i dövlət mülkiyyətində olan obyektlərin balansdan balansa verilməsi, 13-ü hüquqi aktlarda dəyişikliklər edilməsi və s. ilə əlaqədar olub. 54 sərəncam isə kadrlar məsələləri ilə bağlıdır. Daha bir sərəncamda 2020-ci ildə Prezidentin sədrliyi ilə keçirilən Müşavirədən irəli gələn hökümət qarşısında qoyulan tapşırıqların icrasını sürətləndirmək məqsədilə Tədbirlər Planının təsdiqlənməsi ilə əlaqədar olub.

İmzalanmış 107 Qərarın 58-i hüquq məsələlərinə aiddir. Onların da 55-i hüquqi aktlarda dəyişiklik edilməsi və ya onların ləğvi, 3-ü isə aqrar sığorta məsələlərini tənzimləyir. Bundan əlavə qərarlardan 6-sı təhsil, 6-sı elm, 5-i səhiyyə, 3-ü sosial, 3-ü gömrük, 2-si sənaye və energetika, 3-ü aqrar, 1-i tikinti və digərləri ümumi məsələləri əhatə edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər