Satmaq öhdəliyi ilə verilən kirayə mənzillərlə bağlı daha bir açıqlama - Ödənişin sonradan artırılması olmayacaq

11:56 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. Satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzil alan kirayəçilərin aylıq ödənişləri sonradan iqtisadi şərtlər, o cümlədən manat devalvasiya edilsə belə dəyişdirilməyəcək, kirayəçi müqavilədə göstərilən aylıq ödəniş məbləğini ödəməkdə davam edəcək.

ABC.AZ xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov “ASAN radio”-nun efirində səsləndirib. O qeyd edib ki, müqavilə dövründə kirayə ödənişinin sonradan artırılması nəzərdə tutulmayıb və bununla bağlı indeksləşdirmə aparılmayacaq, gələcəkdə iqtisadi şəraitin dəyişməsi və digər şərtlərdən asılı olaraq kirayə haqları dəyişməyəcək, sabit qalacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər