Bakıda Eko Parklar yaradılacaq – Yeni təklif

15:33 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA ) mütəxəssisləri Bakı şəhərində pilot layihə olaraq Eko Parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Bu barədə ABC.AZ-a AzETA-dan bildirilib.

Təklifə görə, Assosiasiya müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib və bu fəaliyyətlər üçün yararlı əraziləri nəzərdən keçirirlər. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində Eko Parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlər görüləcək.

Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilirlər, bu ərazilərdə yaşıllıq sahələri, baxımsız parklar, geniş açıq sahələr qeydə alınır. Eko Parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin əmələ gəlməsinə də imkan yaradacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər