Azexport portalına 1,5 milyard dollarlıq sifariş daxil olub – 36 ay ərzində

12:24 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin yanvar sayı təqdim olunub.

ABC.AZ bu dəfəki “İxrac İcmalı”na istinadən xəbər verir ki, 2019-ci ildə Azexport.az portalına 596  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu 2018-ci illə  müqayisədə 16 faiz artım deməkdir. Ötən il ilin dekabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 63,4  milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 dekabr tarixinə kimi (36 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 585 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər