Əcnəbilərin Azərbaycanda bank kartları ilə əməliyyatları artıb – 12 faizə yaxın

14:08 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”nın 2020-ci ilin yanvar ayı üçün yeni sayını təqdim edib.

ABC.AZ “İxrac İcmalı”na istinadən xəbər verir ki, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2019-cu ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 2018-ci ilin dekabr ayı ilə müqayisədə 11,8 faiz artaraq 93 milyon manat təşkil edib.

Ümumilikdə isə 2019-cu ilin yanvar-dekabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 257 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər