330x110
 

Vergilərlə bağlı qaranlıq məqamlara aydınlıq gətiriləcək – Sahibkarlar üçün daha bir avantaj

30.01.2020,11:47


30 yanvar, Fineko/abc.az. Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri keçiriləcək.

ABC.AZ KOBİA-ya istinadən xəbər verir ki, onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə qoşulmaq mümkündür:

- Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/335825103 linkinə daxil olmaqla (parol 335825103);

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Əlavə məlumat üçün KOBİA-ya müraciət etmək olar (Əlaqələndirici şəxslər: 055 525 30 30 - Adil Əhmədov, Nicat Əlizadə - 055 510 30 30).