Rusiya Çinlə sərhədlərini bağladı – Pekinə uçuşlar da dayandırılıb

14:18 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. Şimal qonşumuz Rusiya koronavirus epidemiyası səbəbindən Çinlə sərhədi bağlayıb.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı artıq Rusiyanın yeni baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

 Sərəncəma əsasən, uzaq Şərq vilayətində sərhədlərin bağlanması ilə əlaqədar hökumət bir sıra tədbirlər həyata keçirəcək. Verilən məlumata görə, sərhədlərin bağlanması müvəqqəti xarakter daşıyır və epidemiya təhlükəsi sovuşandan sonra yenidən açılacaq. Rəsmi Moskva digər ölkələrədki soydaşlarına da çağırış edərək yaxın gələcəkdə Çinə getməməyə səsləyib.

Qeyd edək ki, Çindəki koronavirus epidemiyası ilə bağlı artıq bir sıra ölkələr həm Çinə uçuşları dayandırıb, həmdəki adıçəkilən ölkədəki soydaşlarını təxliyə etməyə başlayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər