Beynəlxalq təşkilatda azərbaycanlıya vəzifə verildi – Quruma 164 ölkə üzvdür

16:08 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. Yanvarın 30-da Mavriki Respublikasının Balaklava şəhərində Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq Departamentinin direktoru Fuad Əliyev “Eqmont” qrupunun əsas və strateji strukturlarından biri olan “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun sədr müavini seçilib.

ABC.AZ xəbər verir ki, dünyanın Maliyyə Monitorinqi Orqanlar (MMO) arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci ildə yaradılıb, baş qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Eqmont” qrupu çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 164 ölkənin üzv olduğu beynəlxalq təşkilatdır.

Qeyd edək ki, Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq bu nüfuzlu beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər