Dekabrın 27-nə proqnozlaşdırılan hava haqqında məlumat təqdim edilib

15:15 - 26.12.2017


26 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda çərşənbə günü, dekabrın 27-də gözlənilən hava haqqında məlumatı təqdim edib.

Beləliklə, Bakıda və Abşeronda dekabrın 27-də  hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək, yəni, 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Bölgələrə gəlincə isə, Böyük Qafqazın bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir, lakin əsasən bölgələrdə dekabrın 27-də hava yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər