“Azərsığorta” dövlət sığorta şirkətinin ASC-nə özəlləşdirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb

15:31 - 26.12.2017


26 dekabr, Fineko/abc.az. Yeganə dövlət kommersiya şirkəti olan “Azərsığorta”nın strukturunda növbəti dəyişikliklərin edilməsi ehtimalı var.

Sığorta şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev Fineko/abc.az İnformasiya Agentliyinə açıqlamasında deyib ki, növbəti struktur dəyişiklikləri istisna edilmir.

“Lakin hazırda bu məsələ gündəmdə deyil”, - deyə A.Hacıyev əlavə edib.

Daha öncə, şirkətin strukturunda  dəyişikliklərin edilməsi, xüsusilə də açıq səhmdar cəmiyyətinə çevrilməsi və aktivlərin bir hissəsinin satılması haqqında layihənin hazırlanması bildirilmişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatası  məsələ ilə bağlı müraciətin daxil olmadığını bildirmişdir.

 

 

Bütün xəbərlər