“PAŞA Holdinq”-də kadr dəyişikliyi – Şirkətə yeni direktor gəldi

10:44 - 3.02.2020


3 fevral, Fineko/abc.az. “PAŞA Holdinq”-də kadr dəyişikliyi həyata keçirilib. ABC.AZ xəbər verir ki, Cəlal Qasımov holdinqin yeni direktoru təyin olunub.

O bu postda Mir Camal Paşayevi əvəz edib.

Qeyd edək ki, Cəlal Qasımov “PAŞA Holdinq”də baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri olub.

Yeni təyin olunan direktorunun Mir Camal Paşayevi əvəz edəcəyi ötən ilin dekabrından məlumdur. Yeni təyinatdan sonra Mir Camal Paşayev holdinqdən ayrılmayacaq. Belə ki, o bundan sonra şirkətin idarəetməsini, korporativ idarəetmə islahatları nəticəsində yaradılacaq Holdinqin Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər