Pirallahıda işləyənlər Bakıda ən çox maaş alanlardır - Siyahı

11:26 - 5.02.2020


5 fevral, Fineko/abc.az. Bakı şəhərinin 12 inzibati rayonları arasında orta aylıq əməkhaqlarının məbləğinin çoxluğuna görə birinci yerdə Pirallahı rayonudur.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, adıçəkilən rayonda orta aylıq əməkhaqqı  1 662,7 manat təşkil edir.

Əməkhaqqı məbləğinə görə ikinci ən çox maaş verilən rayon Səbail rayonudur. Bu rayonda orta aylıq əməkhaqqı  1 499,6 manatdır. Sırlamada 3-cü ən çox maaş verilən rayon Qaradağ olub. Burada orta aylıq əməkhaqqı  1 185,5 manat təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında  Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 88324  nəfər artaraq 804692 nəfər olub. Maaşlara gəlincə sözügedən dövrdə əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 9,3 faiz artaraq 855,4  manat olub.

 


Bütün xəbərlər