Bu şirkətlər ayrılır – Yığıncaq keçiriləcək

15:26 - 5.02.2020


5 fevral, Fineko/abc.az.  Azərbaycanda 2 balıq şirkəti ayrılır.

ABC.AZ xəbər verir ki, bir ünvanda (Neftçala şəhəri, Heydər Əliyev prospekti17) fəaliyyət göstərən “Oriyad balıq” ASC və “Neftçala balıq-əmtəə” ASC-nin səhmdarlarından biri cəmiyyətlərdən ayrılır.

Bununla bağlı martın 11-də “Oriyad balıq” ASC və “Neftçala balıq-əmtəə” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Hər iki ASC-nin yığıncağında səhmdarın cəmiyyətdən ayrılması barədə və yeni hüquqi şəxsin yaradılması, səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi, yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktının təsdiqi, dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi məsələləri müzakirə ediləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər