Azərbaycanda avtomobillər ucuzlaşacaq - Nazirlər Kabinetinin yeni qərarı

16:39 - 5.02.2020


5 fevral, Fineko/abc.az. Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərara şərh verib.

ABC.AZ Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qərar ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə hazırlanıb.

Bu istiqamətdə görülən işlər çərçivəsində, 2018-ci ilin mart ayında İlham Əliyev və Həsən Ruhani tərəfindən Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” ASC-nin birgə avtomobil istehsalı zavodunun (“AzKron” MMC-nin “Xəzər” avtomobil zavodu) rəsmi açılışı həyata keçirilib.

NK-nın sözügdən qərarında “minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı”na anlayış verilmiş, habelə “Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası”nın 40-cı, 70-ci, 83-cü, 84-cü, 85-ci, 87-ci, 90-cı, 94-cü, 96-cı qruplarında bir sıra alt yarımmövqelərdə təsnifləşdirilən ehtiyat hissələri minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə həmin ehtiyat hissələri üzrə idxal gömrük rüsum dərəcəsinin “0” olaraq müəyyən olunması nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər