Naxçıvanda həkimlərin maaşı artdı – Vasif Talıbov Sərəncam verdi

10:23 - 6.02.2020


6 fevral, Fineko/abc.az. “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam verib.

Sərəncama əsasən, bundan sonra “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçiləri aylıq vəzifə maaşları 50 faiz artıqlama ilə alacaqlar.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər