“Qala Həyat Sığorta" şirkəti 2018-ci ilə olan planlarını açıqladı

12:55 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycanın, həyat sığortası ilə məşğul olan “Qala Həyat Sığorta” şirkəti gələn il üçün iddialı planlarını açıqladı.

Şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə bildirdi ki, şirkət, 2017-ci ildə müəyyən çətinliklərlə qarşılaşsa da, onların öhdəsindən uğurla gələ bilib.

“Şirkətin 2018-ci ildə inkişaf strategiyası, iş keyfiyyətinin yaxşılaşdırılmasına, müştəri xidmətinin maksimal səviyyəyə çatdırılmasına, yeni, sərfəli məhsulların hazırlanmasına, əhalinin həyat sığortası haqqında məlumatlılığına yönəlib”, - deyə A.Əlizadə bildirib.

 

 

Bütün xəbərlər