330x110
 

Bu şirkətlərin nizamnamə kapitalı artırılıb

10.02.2020,11:18


10 fevral, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Şüşə” MMC-nin nizamnamə kapitalı 230 min manat və yaxud 0,8% artırılıb.

Bununla da şirkətin nizamnamə kapitalı 28 milyon 498 min 485 manatdan 28 milyon 728 min 485 manata çatdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə adıçəkilən Korporasiya özü məlumat yayıb.

Həmçinin Korporasiyaya məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin də nizamnamə kapitalı artırılıb. Belə ki, kompleksin nizamnamə kapitalı 2 milyon 896 min 924 manat və yaxud 75,8% artırılıb. Son nəticədə şirkətin kapitalı 3 milyon 820 min 865 manatdan 6 milyon 717 min 789 manata çatıb.

Müəllif: Elmir Murad