Nazir: Azərbaycan, turist axınının artımını təmin etmək üçün aşağı büdcəli aviareyslərin təşkilini davam etdirəcək

13:39 - 27.12.2017


27 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm  naziri ölkənin turizm bazarında müsbət  tendensiyaların müşahidə olunmasını qeyd edir.

Nazir, nazirliyin ilin yekunları üzrə kollegiya iclasında bildirib ki, 11 ay ərzində  ölkəni 2 milyon 477 908 nəfər ziyarət edib.

Nazir bildirib: “Turist axının artımı 20 faiz təşkil etmişdir”.

Onun sözlərinə görə, cari ildə Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər görülüb və bu iş, növbəti ildə də davam etdirələcək. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülməkdədir.