Azərbaycanda yeni mehmanxana açıla bilər – Bu məqsədlə şirkət yaradılıb

16:33 - 10.02.2020


10 fevral, Fineko/abc.az. Türkiyə vətəndaşı Azərbaycanda yeni mexmanxana açır.

ABC.AZ xəbər verir ki, "İRİS Hotel" adlı şirkət yaradan Türkiyə vətəndaşı 27 Yanvar 2020-ci il tarixində  Vergilər Naziriyində qeydiyyatdan keçirib. Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Okumus Bekirdir.   Şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan ev 70, m19-dur.

Qeyd edək ki, "İRİS Otel" adlı mehmanxana Türkiyədə də fəaliyyət göstərir. Bu mehmanxana "Ergen Tur Turizm Ticaret Anonim Şirketi"nə məxsusdur. Mehmanxana Çanaqqalanın Anadolu hissəsidə,  tarixi yerlərə ən yaxın məsafədə qurulub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər