Xaçmazdakı KOB evində bu xidmətlər göstəriləcək

15:46 - 11.02.2020


11 fevral, Fineko/abc.az. Xaçmazda fəaliyyət göstərən Kiçik və Orta Biznes Evində ("KOB evi") görüləcək xidmətlərin sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, adıçəkilən rayonda mikro, kiçik və orta sahibkarlara 300-dək dövlət-biznes ("G2B") və biznes-biznes ("B2B") xidmətləri göstərilir.

KOBİA-dan bildirilib ki, bu xidmətlərin 200-ə yaxını dövlət, 100-ü isə biznes-biznes xidmətləridir.

KOB evində sahibkarlara göstərilən xidmətlərlə onun saytından tanış olmaq mümkündür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər