330x110
 

Bakıda qanunsuz işləyən sahibkar məsuliyyətə cəlb olundu – Araşdırma aparılır

12.02.2020,16:12


12 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları qanunsuz fəaliyyət göstərən müəssisə aşkarlayıb.

ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, müəssisə Hövsan qəsəbəsi, Məktəbli küçəsi 43  ünvanında yerləşən fiziki şəxş Rəhimov Məsud Akif oğluna məxsus quş kəsimi sexidir.

Yoxalama zamanı müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aşkarlanıb, quşların baytarlıq müayinəsindən keçirilmədiyi müəyyən olunub.

Qanunvericiliyin tələbləri çərçivəsində  müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və sexin fəaliyyəti dayandırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Elmir Murad