Bu şirkətin səhmdarları mənfəət bölməyə toplaşacaq - İclas

10:21 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Martın 31-də “Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ ASC-nin bildirişinə istinadən xəbər verir ki, iclasda “Sumqayıt Dəmir Beton-1” ASC -nin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması,

“Sumqayıt Dəmir Beton-1” ASC -nin xalis mənfəətinin bölüşdürülməsi, “Sumqayıt Dəmir Beton-1” ASC -nin əmlakının özgəninkiləşdirilməsi və kreditor borclarının ödənilməsi və  təşkilati məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, yığıncaq Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 nömrəli (keçmiş Özbəkistan küçəsi 1) ünvanda keçiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər