“Çinar Park” ASC-nin idarə heyətinin sədri işdən çıxarılacaq – Səhmdarlar toplaşır

11:04 - 13.02.2020


13 fevral, Fineko/abc.az. Martın 30-da “Çinar Park” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, iclas saat 10.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə 5 nömrəli binada olacaq. Yığıncaqda ASC-nin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması, “Çinar Park” ASC-nin idarə heyətinin sədrinin vəzifədən azad olunması və idarə heyətinin yeni sədrinin təyin edilməsi, “Çinar Park” ASC-nin müşahidə şurasının üzvlərinin dəyişdirilməsi və təşkilati məsələlər daxildir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər