16:08 - 13.02.2020
13 fevral, Fineko/abc.az. Azərbaycanda təxminən 7 kvadratmetrlik sahədə, amma bütün sanitar gigiyenik standartlara uyğun şəkildə dönərxanalar yaradılacaq. Bunun üçün "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində "Süfrə" MMC təsis olunacaq.
ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tədbiq etmək olacaq. Agentlik sədri qeyd edib ki, belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır: "Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxanalar yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edəcəyik ki, onlar bu layihədə iştirak etsinlər. Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək".
Müəllif: Elmir Murad
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024