“Atəşgah Həyat” sığorta şirkətinin həyat sığortası bazarında iştirak payı azalıb – Mərkəzi Bank

12:01 - 14.02.2020


14 fevral, Fineko/abc.az. “Atəşgah Həyat” sığorta şirkətinin həyat sığortası bazarında iştirak payı azalıb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankın (AMB) hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkətin ümumi bazar payı 5,73% olub. 2018-ci ildə isə bu rəqəm 8,2% təşkil edir. Bu o deməkdir ki, 2019-cu ildə adıçəkilən şirkətin 2,52 faiz bənd azalıb.

Qeyd edək ki, Mərkəzi Bankın hesabatında şirkətin yığımlarının da azaldığı qeyd olunub. 2018-ci illə müqayisədə ötən ildə şirkətin yığımlarının həcmi 35% azalıb.

 

Bütün xəbərlər