İsrail sahibkarları Azərbaycana sərmayə qoya bilər – Aleks Kaplun

12:16 - 17.02.2020


17 fevral, Fineko/abc.az.  İsrail investorları Azərbaycana investisiya yatırmaq istəyirlər.

ABC.AZ xəbər verir ki, bunu İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri ilə görüşdə deyib. Palata rəhbəri əlverişli mühitin mövcud olduğunu da vurğulayıb.

İİTKM-in Rəqəmsal Ticarət Qovşağının (RTQ) meneceri Nicat Əsədli Rəqəmsal Ticarət Qovşağı vasitəsilə təqdim olunan mobil rezidentliyin xarici iş adamlarının ölkəyə gəlmədən rahatlıqla Azərbaycanda biznes qura bilməsi üçün təqdim etdiyi imkanlar barədə məlumat verib.

A. Kaplun isə İsrail investorlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını bildirib. Azərbaycanda xarici investorlar üçün əlverişli biznes mühitinin mövcud olduğunu vurğulayıb və aidiyyəti qurumlarla birgə təcrübə mübadiləsi aparıldığını deyib. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər