İcbari Sığorta Bürosunda kadr dəyişikliyi – Palata işçilərini Mərkəzi Bank nümayəndələri əvəzlədi

15:34 - 17.02.2020


17 fevral, Fineko/abc.az. İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının üzvlərində dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Büronun rəsmi saytında qeyd olunub. Belə ki, dəyişiklik nəticəsində Büronun Himayəçilər Şurasındakı ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələri ilə əvəzlənib. Qeyd olunan yeni üzvlər Vüsal Cavanşir oğlu Qurbanov və Tural Hicrət oğlu Feyzullayevdir.

Qeyd edək ki, hazırda İSB-nin Himayəçilər Şurasının sədri Azər Allahverdi oğlu Əliyev, sədr müavini Ülviyyə Kərim qızı Cabbarovadır. Üzvlər isə Mətanət Alim qızı Nərimanlı və iki nəfər AMB nümayəndəsindən ibarətdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər