Nazirlik Sədərəkdəki yanğınla bağlı açıqlama yaydı – Hadisə yerinə 2 helikopter cəlb olunub

10:40 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Bugün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı məlumat yayıb.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib. Yanğın saat 08:57 məhdudlaşdırılıb, saat 09:05 söndürülüb.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər